Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “Cassa Depositi e Prestiti S.p.A.” şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, “IVECO” və “Azteximport” şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə olmaqla 7 sənəd mübadilə edilib.
Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.
TREND
- Azərbaycan və İtaliya arasında bir sıra sənədlər imzalanıb
- Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı – Ailəsi ilə birgə
- İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
- COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub
- “ASAN xidmət” və IDEA “Bir arzu, bir fidan” layihəsini reallaşdırıb
- Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub
- “AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib
- AQC-nin mətbuat katibi qiymətləndirici kimi ikinci sertifikatını aldı


