Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin yeni qaydalarla təşkil olunacağını açıqlayıb.
BAKU.NEWS-un məlumatına görə, ölkənin Həcc Ziyarəti nazirliyi tərəfindən dərc olunan bəyanatda zəvvarların sağlamlığının qorunması və ibadətlərinin asanlaşdırılması üçün lazımi tədbirlər planı üzərində çalışıldığı bildirilib.
Açıqlamada Həcc ziyarətinin hansı qaydada təşki olunacağının yaxın zamanda ictimaiyyətlə paylaşılacağı qeyd olunub.
Qeyd edək ki, ötən il koronavirus səbəbindən sadəcə ölkə vətəndaşlarının Həcc ziyarətində iştirakına icazə verilmişdi.


