Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəki şəhərində maarifləndirmə tədbiri təşkil olunub. Tədbir “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” mövzusuna həsr edilib.
Tədbirdə Nazirliyin, Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları, həmçinin dövlət və özəl sektoru təmsil edən 60-dan çox şəxs iştirak edib.
Tədbir çərçivəsində “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, həyata keçirilən islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qeyd olunub ki, qəbul edilmiş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin daha da təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv müdafiəsinin təmin edilməsi, habelə əmək bazarında şəffaflığın artırılmasıdır.
Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı müvafiq izahatlar verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


