Koronavirusa yoluxan və Londondakı tibb mərkəzlərindən birində müalicə alan Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə təxliyə ediləcək.
BAKU.NEWS Yenisabah-a istiandla bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi açıqlama verib. A.Sarkisyanın fəaliyyətini yataq rejimində icra edəcəyi bildirilib:
“Prezident müalicəsini evdə həkim nəzarəti altında davam etdirəcək”.
Sarkisyanın sağaldıqdan və həkimlərdən müvafiq icazə aldıqdan sonra Ermənistana qayıdacağı qeyd olunur. Lakin o vaxta qədər uzaqdan işləməyə davam edəcək.
Xatırladaq ki, A.Sarkisyana yanvarın 5-i COVID-19 diaqnozu qoyulub. Yanvarın 13-ü isə onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıldı.


