Sabirabadda avtomobil 8 yaşlı qızı vurub.
BAKU.NEWS xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib. “QAZ 24” markalı avtomobil Sabirabad sakini, 2014-cü il təvəllüdlü Muradzadə Ülkər Samir qızını vurub. Azyaşlı çoxsaylı xəsarətlərlə və daxili qanaxma diaqnozu ilə Şirvan şəhər xəstəxanasına daxil olub və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.


