Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar verilib. Hər iki şəxs barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Saat 18:59
Mədəniyyət nazirinin bu gün vəzifədən çıxarılan və DTX tərəfindən saxlanılanlar müavini Rafiq Abbasov və nazirliyin İdarə rəisi Zakir Sultanov məhkəməyə aparılıb.
BAKU.NEWS-un verdiyi xəbərə görə, DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.


