Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.
Həmçinin qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Qeyd olunub ki, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.
TREND
- XƏRÇƏNGƏ QARŞI MÜBARİZƏDƏ YENİ DÖVR: Hədəf artıq təkcə şiş deyil, xərçəngin ən təhlükəli hüceyrələridir!
- Milli Məclisin növbəti plenar iclası noyabrın 27-də keçiriləcək
- COP31-in nəticələri: Yaşıl gələcək naminə real addımlar vacibdir
- Sabahkı oyunla bağlı metronun Qırmızı xəttində bu dəyişikliklər olacaq
- Bu sazişə dair sənəd ratifikasiya edildi
- Fidan Hacıyevanın yubileyinə həsr olunmuş möhtəşəm qala konsert keçiriləcək
- “Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
- “ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA


