Oktyabrın 13-də Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
TREND
- İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
- Sabah hava necə olacaq?
- Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
- Mərkəzi Bankdan kreditlərlə bağlı YENİ QƏRAR
- “Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir” – AÇIQLAMA
- ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş: tranzit həcmi iki dəfədən çox artıb
- İlham Əliyev Kambocaya səfərə dəvət olunub


