Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 135 yanğına çıxış, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.
TREND
- Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
- DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
- BDYPİ-dən sürücülərə çağırış
- Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib
- Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb
- Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb
- Mənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?
- Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub


