Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclu olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
TREND
- “INCI CLINIC” və “Qala Sığorta” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
- Hacıqabulda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
- İSB rəhbəri gələcəyin əmək bazarında insanı fərqləndirəcək bacarıqları açıqlayıb
- ƏMAS-dan işəgötürənlərə xəbərdarlıq: bəzi əmək müqavilələri sistemdə rəsmiləşdirilmir
- Badamdarda sürüşmə təhlükəsi – Sakinlərə çağırış
- Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi
- Kardiologiya İnstitutunda peşə etikası ilə bağlı tədbir keçirilib


