Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyinin onlayın və çap mediaya dəstək məqsədilə reallaşdırdığı müsabiqənin qaliblərini təbrik edib:
“Medianın İnkişafı Agentliyinin onlayn və çap mediaya dəstək məqsədilə reallaşdırdığı müsabiqənin qaliblərini təbrik edirəm. Media subyektlərinin fəaliyyətinin stimullaşdırılmasının faydalı nəticələr doğuracağına inanıram. Bu günün faydalı nəticələri isə gələcək inkişaf üçün bazadır. Əminəm ki, həmkarlarım işlərinə məhz bu məqamı düşünərək yanaşacaqlar. Bir daha təbrik edirəm”.


