TEAS Press Nəşriyyat Evi və LIBRAFF-ın təşkilatçılığı ilə Bakıda xalq şairi Ramiz Rövşənin iştirakı ilə “Poeziya gecəsi” gecəsi keçirilib.
BAKU.NEWS xəbər verir ki. tədbirdə peşəkarlar tərəfindən ifa olunan Ramiz Rövşən yaradıcılığına aid şeirləri dinlənildikdən sonra şairin çıxışı və imza saatı olub.
Bildirək ki, şairi dinləməyə gələn oxucular arasında izdiham yaşanıb.
“Poeziya gecəsi”ndə qonaq qismində aparıcı Azər Süleymanlı, Yazıçılar Birliyinin üzvü Səlim Babullaoğlu, Sevda Ələkbərzadə, Mehriban Zəki, Kamal Yaşar, Xəzər Süleymanlı, Tural Əhməd və başqaları iştirak edib.
Sevinc Kərimova













