Quba rayonunda oynayan iki uşaq transformatora toxunduğu üçün elektrik cərəyanı vurub.
BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, iyunun 13-ü rayonun Zərdabi qəsəbəsində baş verib.
12 yaşlı Fərhadov Polad Fərhad oğlu və qonşusu, 13 yaşlı Bayramov Uğur Xəyyam oğlu kəndin yaxınlığında yerləşən transformatorun yaxınlığında oynayarkən onları “tok” vurub.
İlkin məlumata görə, Polad Fərhadov maraq üçün “görüm məni “tok” vuracaqmı” deyərək transformatora toxunub və elektrik cərəyanı vurması nəticəsində uzaqlaşa bilməyib. Onu dartıb ayırmaq istəyən dostu Uğur Bayramovu da elektrik cərəyanı vurub. Onların yanında olan Poladın bacısı transformatora daş atıb və bu zaman elektrik cərəyanı hər iki uşağı buraxıb, onlar yerə yıxılıb.
Polad Fərhad vəfat edib, Uğur Bayramov hazırda xəstəxanada müalicə olunur.


