“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
Qeyd edək ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu istiqamətdə karyera imkanlarını genişləndirməkdir.
Qaliblərlə bağlı ətraflı məlumat üçün: https://bit.ly/4kru7Ns
“Azercell Telekom” MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera yollarında uğurlar arzulayır!


