Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən İmişli rayonu, Sabirabad rayonunun Əhmədabad və Nizami, həmçinin Beyləqan rayonunun Günəşli və Kəbirli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə havaların soyuması ilə əlaqədar bağacığın qapalı məkanlara və qışlama yerlərinə doğru intensiv hərəkət etdiyi bildirilib. Sakinlərə payız-qış mövsümündə zərərvericiyə qarşı ən effektiv və təhlükəsiz mübarizə üsulunun əl ilə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu tədbirlərin vaxtında görülməsi növbəti vegetasiya dövründə zərərvericinin kütləvi çoxalmasının qarşısını alacaqdır.
Sakinlərə maarifləndirici bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
TREND
- Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir
- Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb
- Rəşad Məcid Mətbuat Şurasından gedir – Namizədlər onlardır
- Qışlama dövrü qəhvəyi mərmər bağacığına qarşı mübarizədə ən əlverişli vaxtdır
- Bakı Bəyannaməsi qəbul edilib
- İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- “Kapital Bank”da PROBLEMLİ KREDİTLƏR ARTIR – 216 milyon manatı keçdi
- Nəzrin Manaflı-Dadaşova vəzifəsindən ayrılıb.


