Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Abşeron rayonunda yerləşən “Avrora” MMC-nin fəaliyyəti ilə tanış olub.
AQTA sədrinə müəssisənin istehsal potensialı, texnoloji imkanları və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Q.Təhməzli müəssisənin unlu qənnadı məmulatlarının istehsalı və emalı sahələrinə, həmçinin texnoloji xətlərə baxış keçirib.
Baxış zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib








