2026-cı ilin yanvar-sentyabr aylarında “AFB Bank” ASC-nin vaxtı 30 gündən çox keçmiş istehlak kreditləri 2,7 dəfə artaraq 4,12 milyon manata çatıb.
İlin əvvəlində 1,52 milyon manat olan bu borcların istehlak kreditləri portfelində payı 2,34%-dən 3,99%-ə yüksəlib.
Biznes kreditləri üzrə gecikmiş borclar 2,9% azalaraq 15,39 milyon manata, daşınmaz əmlak kreditləri üzrə isə 70,4% azalaraq 608 min manata düşüb.
Ümumilikdə bankın gecikmiş kreditləri 3,6% artaraq 20,11 milyon manat təşkil edib. Onların kredit portfelində xüsusi çəkisi isə 6,64%-dən 4,87%-ə enib.
Bir ildən artıq gecikmiş kreditlər 4,5% azalaraq 11,65 milyon manata düşüb. Bu kateqoriyada biznes kreditləri 6,4% azalaraq 10,86 milyon manat, istehlak kreditləri 99,2% artaraq 758 min manat, daşınmaz əmlak kreditləri isə 87,9% azalaraq 24 min manat təşkil edib.
Hesabat dövründə “AFB Bank”ın ümumi kredit portfeli 41,3% artaraq 413,39 milyon manata çatıb. Bunun 238,19 milyon manatı biznes, 103,22 milyon manatı istehlak, 71,99 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
Beləliklə, bankın kredit portfelinin böyüməsi fonunda biznes və daşınmaz əmlak kreditlərində gecikmələr azalsa da, istehlak kreditləri üzrə risk göstəriciləri yüksəlib.
Qeyd edək ki, “AFB Bank” ASC 11 iyul 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bankın əvvəlki adı “AzFinansBank” olub. 2009-cu ildə adı rebrendinq edib. Bankın nizamnamə kapitalı 70 milyon 393,5 min manat təşkil edir. Səhmdarlarının sayı 3 nəfərdir. Bankın əsas səhmdarı Hikmət İsmayılovdur. O, səhmlərin 99,64606%-nə sahibdir. Mediada yayılan məlumatlara görə, Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, 2019-cu ilin əvvəlindən etibarən bankın əsas sahibinə çevrilib.
Plat.az


