2026-cı ilin ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.
Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.
Sonda nümayəndə heyəti xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.
TREND
- Özbəkistan Prezidenti Azərbaycana gəldi
- Pambıq əkin sahələrində fitosanitar monitorinq və maarifləndirmə tədbirləri keçirilib
- DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib
- “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
- Jurnalistlər kiberdələduzların hədəfindədir – Saxta zənglərə inanmayın!
- Tokayevin Azərbaycana səfəri başlayıb
- Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi


