Jurnalistlərə qarşı kiberdələduzluq hallarının yeni üsullarla həyata keçirilməsi təhlükəsi diqqət çəkir. Tanınmış şəxslərin adından istifadə edən dələduzlar jurnalistlərlə əlaqə yaradaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edə bilərlər.
Bu barədə jurnalistlərə xəbərdarlıq xarakterli məlumatda bildirilir.
Məlumata görə, kiberdələduzlar əvvəlcə jurnalistə mesaj yazaraq guya dövlət qurumlarından zəng ediləcəyini bildirirlər.
Daha sonra əlaqə saxlayan şəxs hədə-qorxu gəlməklə, qorxu və təzyiq yaratmaqla qanunsuz tələblər irəli sürməyə çalışır.
Bu cür hallarda əsas məqsəd jurnalistin etibarından sui-istifadə etmək, onu psixoloji təzyiq altında saxlamaq və müxtəlif yollarla aldatmaq ola bilər.
TREND
- Özbəkistan Prezidenti Azərbaycana gəldi
- Pambıq əkin sahələrində fitosanitar monitorinq və maarifləndirmə tədbirləri keçirilib
- DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib
- “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
- Jurnalistlər kiberdələduzların hədəfindədir – Saxta zənglərə inanmayın!
- Tokayevin Azərbaycana səfəri başlayıb
- Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi


