Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “TikTok” platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.
Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


