Qazaxıstanda təlim-məşq uçuşu zamanı SU30-SM qırıcısı qəzaya uğrayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Balxaşda aviasiya mərkəzində baş verib.
Bildirilir ki, qəza zamanı heyət katapult edib. Hazırda onlar həkim nəzarətindədirlər. Qəza yerinə xüsusi komissiya göndərilib.


