Yük gəmisinin batması nəticəsində ölənlərin sayı 4-ə yüksəlib, 6 nəfər isə xilas edilib.
Bu barədə “TASS” xəbər verib.
**Saat 17:10
Gəmidəki 15 nəfərlik ekipaj üzvlərindən 2-nin cəsədi tapılıb, 5 nəfər isə xilas edilib.
İlkin məlumata görə, gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
*Saat 15:16
Türkiyədə Rusiyanın yük gəmisi batıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.
Vali Sinan Güner deyib ki, Qaradənizin Bartındakı İnkumu rayonu sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.
“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” – deyə vali bildirib.


