Bu gün Bakının Yasamal rayonunda yol qəza hadisəsi baş verib.
BAKU.NEWS-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu Giləzi küçəsində Kia markalı avtomobil idarəetməni itirərək hündürmərtəbəli binanın zirzəmisinə düşüb. Qəza nəticəsində avtomobili idarə edən xanım sürücü yüngül xəsarat alıb. Avtomobilə isə ciddi ziyan dəyib.
Faktlar bağlı araşdırma aparılır.


