Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının erkən parlament seçkilərində hökuməti təkbaşına qurması üçün 0,08% səs çatmayıb.
BAKU.NEWS “TASS” a istinadən xəbər veriri ki, Paşinyanın partiyası 53,92 səs yığaraq konstitusiya çoxluğunu əldə etsə də, yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Belə ki, hökuməti təkbaşına qura bilmək üçün 54% səs toplamaq tələb olunur.
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən əldə olunmuş səslər sayılıb.
MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.
“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.
Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.


