Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM)-in Bakıda keçirilən zirvə toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ali diplomatlar Moskva və Ankara arasında ticarət-iqtisadi və energetika sahələrində əməkdaşlığı müzakirə edib.
“Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə, ticarət-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi üzrə cari vəzifələrə dair fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.
Bundan əlavə, nazirlər beynəlxalq arenada Rusiya və Türkiyənin səylərinin əlaqələndirilməsinin, o cümlədən Ukraynadakı münaqişənin ədalətli həllinə nail olunmasına yardım göstərilməsinin vacibliyini təsdiqləyiblər.
TREND
- Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
- Saleh Səmədova hökm oxundu
- Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib
- Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılış mərasimi keçirilib
- Lavrov Bakıda Hakan Fidanla görüşüb
- SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
- Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
- “ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”


