“Omicron” ştammı insana yeməklə də yoluxa bilir.
BAKU.NEWS xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib. Həkimin sözlərinə görə, yeni “Omicron”la insan yemək yeyərkən və yeməyin özündən də yoluxa bilər.
Məsələ bundadır ki, “Omicron” ərzaq, qidaların üzərinə çöküb, orda uzun müddət qalır. Xüsusən dondurulmuş, soyuq qidalar, dast-food yeməyi, içkilər, meyvələr və s.
“Çin mütəmadi olaraq ölkəyə daxil olan ərzaq məhsullarını COVID-ə görə yoxlayır. Onların hesabatlarında virusun qida üzərində hətta 2-3 gün qalması barədə məqamlar var. Ona görə hökumət bütün qida məhsullarının tam dezinfeksiyasını həyata keçirib sonra buraxır”, – deyə immunoloq açıqlayıb.


