Nyu-Yorkda Lonq Aylend rayonunda supermarketdə atışma olub.
BAKU.NEWS CNN-ə istinadən xəbər verir ki, silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs gizlənib.
Hadisədən sonra yaxınlıqdakı məktəblər bağlanıb, sakinlərə çölə çıxmamaq tövsiyə olunub.
Polis hadisəni törədən şəxsi axtarır.


