Nigeriyanın şimal-qərbində içərisində 160 sərnişin olan gəmi batıb.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər xilas edilib. Təxminən 140 sərnişinin taleyindən isə xəbər yoxdur.
Xilas edilən şəxslər xəstəxanaya yerləşdirilib. Məlumata görə, gəminin tutumu 80 nəfərlik olsa da, göyərtədə 160 nəfər olub.


