Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində 40 şagird yerlik modul tipli ibtidai məktəbinin quraşdırılması işlərinə başlanılıb.⠀⠀⠀
⠀⠀
Rayon İcra Hakimiyyətindən BAKU.NEWS-a verilən məlumata görə, son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühim işlər görülür. Respublikamızın qəsəbə və kəndlərində yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.⠀⠀
⠀⠀
Neftçala şəhərində 40 şagird yerlik modul tipli məktəb binası 4 sinif, müəllimlər və direktor otaqlarından ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq. Məktəb yeni inventar və texniki vasitələrlə təchiz olunacaq. Təhsil ocağı binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
TREND
- Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi – Sahibkardan etiraz
- FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib
- Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin oğlu əmlakları barədə məhkəmədə ifadə verdi
- Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
- Bu şəxslər də vergiyə cəlb olunacaqlar
- “Bolt”un zayı çıxıb – Bəs sürücülük imtahanları?
- Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
- Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib


