Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.
Bu barədə Ali Məclisin plenar iclasında qərar qəbul edilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan MR-in İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra Qanun səsə qoyularaq qəbul edilib.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


