ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) Veneranın atmosferi və geoloji xüsusiyyətlərini tədqiq etmək üçün bu planetə iki yeni missiya göndərəcək.
BAKU.NEWS BBC News telekanalına istinadən xəbər verir ki, hər birinə 500 milyon dollar həcmində maliyyə ayrılan “Davinci+” və “Veritas” adlı missiyaların 2028-2030-cu illər arasında həyata keçirilməsi planlaşdırılır.
“NASA Yerə qonşusu olan Venera planetinə iki yeni missiya göndərəcək. Missiyaların məqsədi planetimizin bir çox xüsusiyyətinə malik olmasına baxmayaraq, onun cəhənnəmə necə çevrildiyini anlamaqdır”, – deyə qurumun saytında bildirilir.


