Bu ilin yanvar-may aylarında ölkənin mədənçıxarma sənayesində 917,3 ton mis konsentratı istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,3 dəfə və ya 828,6 ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayı ilə müqayisədə isə mayda istehsal həcmində 70,1 faiz və ya 100,2 ton artım müşahidə olunub. May ayında 243,1 ton mis konsentratı istehsal edilib. İyun ayının 1-nə hazır məhsul ehtiyatı 80,5 ton təşkil edib.


