Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Gülnar Səma (Qasımlı) və Dünya Alpaqut Federasiyasının vitse-prezidenti, Axıska kökənli ictimai fəal Emil Rəhimli ilə görüşüb.
G.Səma və E.Rəhimli öz fəaliyyətləri, iştirakçısı və təşəbbüskarı olduqları mədəniyyətyönümlü layihələr, planlar haqqında Q.Paşayevaya ətraflı bilgi verib.
Komitə sədri G.Səmanı fəlsəfə doktoru adı alması münasibəti ilə təbrik edib, elmi, ədəbi yaradıcılıqda, ictimai fəaliyyətdə ona yeni uğurlar diləyib.
Emil Rəhimli ilə söhbət zamanı qardaş Türkiyədə baş vermiş təbii fəlakətdən sonra Azərbaycanda yaşayan Axıska türklərinin, Alpaqut Federasiyasının xeyirxah yardımlar üçün səfərbərliyi, digər maraq doğuran mövzulardan danışılıb.
Komitə sədri G.Səma və E.Rəhimliyə xatirə hədiyyəsi təqdim edib.



