Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA-1” yaşayış kompeksində sakinlər kanalizasiya xətlərindən gələn havanın sanitar qovşaqdan sızaraq evlərə yayılmasından narahatdırlar.
Xüsusu ilə küləkli havalarda mənzillərdə üfunət iyindən yaşamaq mümkün olmur.
Bu barədə “Hövsan MİDA-1” sakinləri “Sitat.info” ya məlumat veriblər. Onlar bildiriblər ki, hamam sanitar qovşağında su axacaqları kanalizasiya xəttinə birbaşa qoşulduğundan və önləyici qurğular yerləşdirmədiyindən kanalizasiyadan evlərə hava axını var. Və bu da kanalizasiyadan gələn çirkli havanın evə dolmasına gətirib çıxarır. Nəticədə dözülməz vəziyyət yaranır.
Bu durum təkcə qoxu ilə bağlı narahatlıq yaratmır, həm də xəstəlik mənbəyidir.
Məsələ ilə bağlı “Hövsan MİDA-2” sakinləri ilə də əlaqə saxladıq. Bildirdilər ki, eyni problem orada da var. Hətta santexnik ustaları belə bu problemi həll edə bilmir. Çıxış yolu sanitar qovşaqda kanalizasiya sistemini dağıdıb yenidən qurmaqdır ki, bu da baha başa gələn prosesdir.
Məsələ ilə bağlı aidiyyatı qurumdan mövqe almağa çalışacağıq.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


