Çempionlar Liqasının XXI əsrdə keçirilən final oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib.
BAKU.NEWS-un məlumatına görə, “Squawka” potalının dəyərləndirməsi zamanı oyunçuların qələbənin əldə olunmasındakı payı, meydandakı faydalılığı və komandaya təsiri nəzərə alınıb.
Araşdırma zamanı finalın ən yaxşı oyunçusu adını qazananların göstəriciləri müqayisə olunub. 2010/11 mövsümündə “Mançester Yunayted”lə matçdakı oyununa görə Lionel Messi finalların ən yaxşısı seçilib. Zinəddin Zidan ikinci, Xavi üçüncü olub. Kriştianu Ronaldo isə yalnız 11-ci yeri tutub.
1. Lionel Messi (“Barselona” – “Mançester Yunayted” – 3:1, 2010/11)
2. Zinəddin Zidan (“Real” – “Bayer” – 2:1, 2001/02)
3. Xavi (“Barselona” – “Mançester Yunayted” – 2:0, 2008/09)
4. Stiven Cerrard (“Liverpul” – “Milan” – 3:3, pen.3:2, 2004/05)
5. Oliver Kan (“Bavariya” – “Valensiya” – 1:1, pen.5:4, 2000/01)
6. Didye Droqba (“Çelsi” – “Bavariya” – 1:1, pen.4:3, 2011/12)
7. Aryen Robben (“Bavariya” – “Borussiya” D – 2:1, 2012/13)
8. Anxel Di Mariya (“Real” – “Atletiko” – 4:1, 2013/14)
9. Qaret Beyl (“Real” – “Liverpul” – 3:1, 2017/18)
10. Dieqo Milito (“İnter” – “Bavariya” – 2:0, 2009/10)
11. Kriştianu Ronaldo (“Real” – “Yuventus” – 4:1, 2016/17)

