Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsində işləyib. O, Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini də tutub.
Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra isə AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.
TREND
- BDYPİ-dən sürücülərə çağırış
- Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib
- Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb
- Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb
- Mənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?
- Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
- “ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub
- Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü


