Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.
Hadisə Kaborka – Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.
Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmayıb.


