MEDİA Agentliyi tanınmış jurnalist Natavan Babayevanın vəfatı ilə bağlı başsağlığı verib.
BAKU.NEWS xəbər verir, başsağlığında deyilir:
“Tanınmış televiziya aparıcısı Natavan Babayeva vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Natavan Babayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”.
Allah rəhmət eləsin!


