Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində bir nəfərin olduğu ehtimal edilən “Toyota” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.
BAKU.NEWS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.
APA-nın xəbərinə görə, rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən “Toyota” markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb.
Maşının içərisində meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviç olduğu bildirilir. Meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.








