Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib.
BAKU.NEWS-un “Report”a istinadən məlumatına görə, rayonun Xırdapay kənd sakini, 1996-cı il təvəllüdlü Vüsalə Elxan qızı Xələfova bilmədən sirkə turşusu qəbul edib.
O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


