“Əgər tələbə “COVID-19”a yoluxarsa və imtahanda iştirak etməzsə, ona ali təhsil müəssisəsi tərəfindən yenidən imtahan verməsi üçün şərait yaradılacaq”.
BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda bildirib. O qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr içərisində həm müharibədə iştirak edən, həm də koronavirusa yoluxan tələbələr olub və bu halda tələbələrə şərait yaradılıb:
“Nazirlər Kabinetinin bununla bağlı təlimatı var, əgər tələbə evdən imtahana qoşula bilirsə, biz ona bunun üçün müvafiq şərait yaradırıq. Əgər həmin tələbə qoşula bilmirsə, özünü pis hiss edirsə, biz onu üzrlü hal kimi qəbul edirik və onun sonradan imtahan verməsinə şərait yaradırıq”.


