Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
BAKU.NEWS-un RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.
Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.
O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.
Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.





