Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.
BAKU.NEWS-un məlumatına görə, veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.
Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Kamran Ağayev 2008 – 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.


