“Jurnalistlər obyektiv və balanslı xəbərlər təqdim edərsə, cəmiyyətin etibarını və ehtiramını qazanmış olacaq. Belə olan halda xaricdə fəaliyyət göstərən bloggerə ehtiyac qalmayacaq”.
BAKU.NEWS xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 22 iyul Milli Mətbuat Günü ilə bağlı keçirdiyi tədbirdə Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib.
O qeyd edib ki, qanun və jurnalistlərin etik davranışlarına əməl edən media nümayəndələri təzyiq və təqiblərə məruz qalmırlar: “Biz qalib gələn ölkənin adına və imicinə uyğun media olmalıyıq”.


