Məlum olduğu kimi, İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib.
Media və Yayım Şurası məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir:
“Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilib.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”.
TREND
- Azərbaycanda yeni lombard şirkəti təsis edilib
- AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
- Hakan Fidan sabah Bakıya gəlir
- Azərbaycanda 9 ayda “yaşıl enerji” istehsalı 4,2 milyard kVt·st təşkil edib
- BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
- Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb
- Azərbaycan–Kamboca münasibətləri: siyasi dialoq və beynəlxalq əməkdaşlığın yeni mərhələsi
- Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək


