Jurnalistlər Mətbuat Şurasında vaksinasiya olunduqdan sonra COVİD-19 pasportunu haradan əldə edə bilərlər?
Mətbuat Şurasından BAKU.NEWS-a verilən məlumata görə, “COVID pasportu”nu hər bir şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet ünvanına (https://its.gov.az/) daxil olmaqla müvafiq proseduru (e-xidmətlər bölümündə şəxsi kabinetə daxil olub) yerinə yetirib elektron qaydada əldə edə bilər.
Qeyd edək ki, jurnalistlər Mətbuat Şurasında peyvənd olunmaqlarına rəğmən “COVID pasportu”nu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet ünvanına daxil olmaqla əldə etməlidirlər.


