Dünən Rusiyanın “Zenit” klubu yoldaşlıq görüşündə İranın “Sepahan” klubu ilə qarşılaşıb.
BAKU.NEWS xəbər verir ki, “Nəqş-e-Cahan” (İsfahan, İran) stadionunda baş tutan oyun Rusiya komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşü İranın yerli hakimlər briqadası idarə edib.
Matç zamanı İran klubunun azarkeşləri tribunada Ukrayna bayrağını asıblar.
Bu görüntüləri “Iran International English” öz “Twitter” hesabında paylaşıb.


