İranda 5,5 maqnitudalı zəlzələ olub.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi bildirib.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar cümə günü yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə şənbə günü saat 01:31-də – red.) qeydə alınıb. Zəlzələnin episentri Hörmüzqan əyalətində, ocağı isə 19 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.


