Türkiyənin Hatay əyalətində ölkə sərhədini qanunsuz şəkildə keçməyə çalışan terrorçu saxlanılıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Araşdırmalar nəticəsində tutulan şəxsin İnterpolun “qırmızı bülleten”lə axtardığı İŞİD terrorçusu olduğu müəyyən edilib.


