Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə BAKU.NEWS-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.


